Rusiya prezidenti Dmitri Medvedev İrana S-300 zenit-raket kompleksləri və digər müasir tipli silahların satışını qadağan fərman imzalayıb. Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Məlumatda qeyd olunur ki, fərmana əsasən, tanklar, iri kalibrli artilleriya sistemləri, hərbi təyyarələr, hərbi helikopertlər, hərbi gəmilər, raket və ya raket sistemləri, S-300 zenit raket kompleksləri, ehtiyat hissələri də daxil olmaqla bütün növ silahların Rusiya ərazisindən İrana tranziti, eləcə də hava nəqliyyatı ilə ötürülməsi qadağan olunur. Medvedevin fərmanı BMT Təhlükəsizlik Şurasının 9 iyun 2010-cu il tarixli 1929 saylı qətnaməsinin yerinə yetirilməsi vəzifələrinə əsaslanır.
Bundan əlavə, adı çəkilən silah növlərinin Rusiya ərazisindən İrana aparılması, Rusiya xaricində dəniz və hava gəmilərindən istifadə etməklə Rusiya dövlət bayrağı altında daşınması qadağan edilib.
Prezident Medvedevin imzaladığı fərmana əsasən, İranın nüvə proqramında təmsil olunan iranlı məmurların Rusiyaya gəlişi qadağan olunur.
Bunlar İranın Atom Enerjisi üzrə Təşkulatında yüksək vəzifə tutan Abbas Rezayi Aştiani, müdafiə sənayesi elmi-tədqiqat və tədris instututunun rəhbəri, doktor Məhəmməd Eslami, briqada generalı, sənaye tədqiqatları və arxa cəbhənin təminatı üzrə İran Silahlı qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini Məhəmməd Rza Nəqdidir.