Modern.az

Türkiyə və ABŞ İŞİD-ə qarşı mübarizədə yekun razılıq əldə etdi

Türkiyə və ABŞ İŞİD-ə qarşı mübarizədə yekun razılıq əldə etdi

Dünya

24 Avqust 2015, 17:59

Türkiyə və ABŞ İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatının Suriyanın şimalındakı mövqelərinə hərbi hava qüvvələri vasitəsilə birgə zərbə vurmaqla bağlı razılığa gəlib.

Modern.az bildirir ki, bu haqda “Reuters”ə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib: “Dünən texniki məsələlərlə bağlı danışıqlar aparılıb.

Tezliklə biz İŞİD-ə qarşı kompleks əməliyyatlara başlayacağıq. Bu əməliyyatlara Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Böyük Britaniya və Fransa da qoşula bilər”.

Nazirin sözlərinə görə, zərbə rayonu Suriyanın şimalındakı Türkiyə ilə sərhəd əraziləri, Ankaranın əvvəldən təhlükəsiz bölgə yaratmaq istədiyi yerlər olacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!