Modern.az

Velosipedçimiz növbəti mərhələdə

Velosipedçimiz növbəti mərhələdə

Current

15 Avqust 2016, 00:14

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında velosiped idmanı üzrə yarışlar davam edir. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, təmsilçimiz Olqa İsmayılova sprinter növündə mübarizəyə start verib.

 

Ötən gün keyrin növündə yarışan və uğursuz çıxış edən velosipedçimiz ikinci cəhdini edib.

 

Yarışa təsnifat mərhələsindən başlayan xanım idmançımız 27 atletin mübarizəsində 1/16 finala yüksəlmək üçün mübarizə aparıb. 11.152 saniyə nəticə göstərən Olqa artıq növbəti mərhələyə yüksəlməyi təmin edib. O, ümumi sıralamada 18-ci olub.

 

Xanım atletimizin bu mərhələdəki rəqibi Böyük Britaniya təmsilçisi Rebekka Ceyms olacaq.

 

Qeyd edək ki, Ceyms 10.721 saniyə nəticə ilə təsnifat mərhələsini birinci yerdə tamamlamaqla həm də yeni Olimpiada rekorduna imza atıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı