Modern.az

Konsulumuzun cənazəsi Vətənə gətirildi

Konsulumuzun cənazəsi Vətənə gətirildi

Allah rəhmət eləsi̇n

Bu gün, 14:15

Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu Ramil İmranovun cənazəsi Vətənə gətirilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Mərhum diplomat bu gün doğulduğu Göyçay rayonunda dəfn olunacaq.

Xatırladaq ki, Ramil Rza oğlu İmranov mayın 23-də Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə qəzaya düşərək dünyasını dəyişib.

Ramil İmranov 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyində çalışan peşəkar diplomat olub. Daha əvvəl o, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində müşavir vəzifəsində çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı