İstanbulda Fətullahçı Terror Təşkilatının (FETÖ) tərfdarlarının saxlanılması çərçivəsində daha bir əməliyyat keçirilib. Əməliyyat əsasən FETÖ-nün maliyyə qaynaqlarının aşkarlanması istiqamətində olub. Əməliyyat nəticəsində Türkiyənin tanınmış iş adamlarından biri olan Mustafa Çıkrıkoğlu saxlanılıb.
Modern.az xəbər verir ki, İstanbul Polisinin Maliyyə Cinayətkarlığına qarşı Mübarizə Şöbəsinin əməkdaşları FETÖ-yə qarşı Üsküdar, Bakırköy, Ataşehir və Pendik bölgələrində eyni zamanda 10 əməliyyat keçirib.
İki gün əvvəl keçirilən əməliyyat nəticəsində də çox tanınmış iş adamları saxlanılıb.
Qafar Ağayev