Modern.az

Əkiz qardaşlar Prezident təqaüdçüsü oldu

Əkiz qardaşlar Prezident təqaüdçüsü oldu

Current

16 Sentyabr 2016, 11:26

2016-2017-ci tədrisilində Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olan əkiz qardaşların hər ikisi-Nurlan Nəzərəliyev və Rəvan Nəzərəliyev 2016/2017-ci tədrisilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası prezidentinin Sərəncamına müvafiq olaraq Prezident təqaüdçüsü adını qazanıblar.

 

BANM-in rektoru Elmar Qasımov əkiz qardaşları qəbul edərək onları bir daha təbrik etdi və təhsil də uğurlar arzuladı.

 

Xatırladaqki, builki qəbul imtahanın da iki qardaş – Nurlan Nəzərəliyev 685, Rəvan Nəzərəliyevisə, 700 bal toplayıb. Hər ikisi ixtisas seçimində BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”ni seçərək Ali Məktəbin tələbəsi olublar.

 

Qeyd edək ki, əkizlərin qardaşı Rəşad Nəzərəliyev də Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi”ixtisasında təhsil alır, o, artıq IV kurs tələbəsidir. Rəşad Nəzərəliyev BANM-ə 677 balla daxil olub. Beləliklə, bir ailənin üç övladı BANM-də təhsil alır. Onların hər üçü Xırdalan şəhər 5 saylı tam orta məktəbdə təhsil alıblar.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı