Modern.az

Məzahir Pənahov sosial şəbəkə istifadəçilərinə müraciət edib

Məzahir Pənahov sosial şəbəkə istifadəçilərinə müraciət edib

Current

26 Sentyabr 2016, 09:06

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçicilərə, o cümlədən sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Modern.az-ın məlumatına görə, M. Pənahov Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsinin (referendum) açıq elan etməsi münasibəti ilə keçirdiyi mətbuat konfransında sosial şəbəkə istifadəçilərini fəal olmağa çağırıb.
 

O onları hər hansı qanun pozuntusu ilə rastlaşdıqları halda, MSK-ya müraciət etməyə çağırıb:

“Referendumun yüksək səviyyədə həyata keçirilməsi üçün dairə və məntəqə seçki komissiyaları öz vəzifələrini layiqincə yerinə yetirəcək.

Bütün arzu edilən və mümkün olan variantlardan istifadə olunub ki, həm seçicilər, həm də müşahidəçilər bu referendumun necə şəffaf keçirilməsinin şahidi olsunlar”.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı