Modern.az

Ekspert Rusiya-Ermənistan təlimləri BARƏDƏ: “Güc nümayişidir”

Ekspert Rusiya-Ermənistan təlimləri BARƏDƏ: “Güc nümayişidir”

Aktual

7 Oktyabr 2016, 10:52

“Ermənistan və Rusiya arasında həmişə bu tipli təlimlər keçirilib. Aydındır ki, hər bir təlim paralel güc nümayişi də deməkdir”.

Bu sözləri Modern.az-a açıqlaması zamanı hərbi ekspert Azad İsazadə deyib.

O bildirib ki, təlimlərdə yaxın qonşulara güc göstərilir bildirilir ki, kim mənimlə müttəfiqdir və mənə kömək etməyə hazırdır.

 

“Bu tipli təlimləri biz də keçiririk. Gürcüstan da ABŞ silahlı qüvvələri ilə birgə təlimlər keçirir. Bu bir növ Rusiya siqnalıdır. Ermənistan və Rusiya kollektiv təhlükəsizlik müqaviləsinə əsasən belə tipli hərbi təlimləri birgə keçirirlər”.

Hərbi ekspertin fikrincə son zamanlarda birgə təlimlərin keçirilməsi ilə Ermənistan Azərbaycana siqnal göndərir.

 

 “Deyir ki, bax bizim gücümüz budur. Rusiya ilə Türkiyənin münasibətləri gərgin olan vaxtlarda da belə tipli təlimlər keçirilirdi. O zaman  isə bu təlimlərin əsas mənası Türkiyəyə güc göstərmək idi”.

O, deyir ki, biz bu təlimləri birmənalı olaraq hərbi-siyasi güc kimi qiymətləndirməliyik.

 

Azad İsazadə həmçinin qeyd edib ki, aydındır ki, Azərbaycan Ermənistan ilə müharibə aparmağı planlaşdırmır.

“Rusiya  ancaq Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisinə daxil olsa , o zaman onlara kömək edəcək. Amma son zamanlarda Rusiya çalışır ki, Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında  neytrallığın qoruyub saxlasın”.

 

Mirmahmud KAZIMOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı