Hava şəraiti ilə əlaqədar olaraq bəzi yollarda nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.
Bu haqda Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
O bildirib ki, sıxlıq Koroğlu Rəhimov küçəsində ( Prezident iqamətgahı istiqamətində), Moskva prospektində (20 Yanvar dairəsi istiqamətində), Tbilisi prospektində (şəhər istiqamətində), Yusif Səfərov küçəsində (Neftçilər xəstəxanasının qarşısında), Afiyəddin Cəlilov küçəsində, Ziya Bünyadov prospektində (Çermet körpüsünün üstündə) müşahidə olunur.
Gülşən RAUFQIZI