Modern.az

Müsavatda nə baş verir?..

Müsavatda nə baş verir?..

Current

30 Oktyabr 2017, 09:42

Müsavat Partiyası Qadınlar Birliyinin hesabat seçki yığıncağı keçirilib.

“Report”un xəbərinə görə, iclasda təşkilati məsələlərə baxılıb və ictimai-siyasi vəziyyət müzakirə olunub.

Qadınlar Birliyi Şurasının ötən dövr ərzində fəaliyyəti haqqında təşkilatın sədri Nailə Yaqublu, Nəzarət Təftiş Komissiyasının (NTK) fəaliyyəti barədə isə Vəfa Cümşüdlü hesabat veriblər.

Sonra birliyin rəhbərliyinə seçkilər keçirilib. Gizli səsvermənin nəticələrinə görə Fəridə Ələsgərli Müsavat Partiyası Qadınlar Birliyinin sədri seçilib. Seçki vasitəsilə həmçinin birliyin Şurası və NTK-sı formalaşıb

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı