Qusar rayonunun Aladaş kəndində istirahət mərkəzinin ərazisində yanğın olub. Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli binanın (hazırda fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.