Yunanıstanın Rodos adasında qaraçı taborunda atışma baş verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, 3 qaraçı tabora yaxınlaşaraq atəş açmağa başlayıb.
Hadisə nəticəsində 13 nəfər yaralanıb. Bəzi yaralıların vəziyyəti ağır olaraq qiymətləndirilir.
Polis atəş açanlardan birini saxlayıb. Digər iki nəfərin axtarışları aparılır.