Şamaxıda toyda dava olub. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Kərkənc kəndində baş verib.
Kənddə keçirilən toy mərasimində baş verən davada 1977-ci il təvəllüdlü Xaqani Oqtay oğlu Rüstəmov bir neçə həmyerlisi tərəfindən döyülüb. Nəticədə o, ağır xəsarət alıb.
X.Rüstəmov yaxınları tərəfindən Şamaxı Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.