Modern.az

Mərdəkanda avtomobil qəza törətdi, ölən var  

Mərdəkanda avtomobil qəza törətdi, ölən var  

Current

30 Avqust 2019, 13:28

Mərdəkanda yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, avqustun 30-da saat 1 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Məmmədov idarə etdiyi “Volkswagen” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sərnişini olan paytaxt sakini İsmayıl Şükürlü hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı