Prezident İlham Əliyev Şəki rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı.
Modern.az xəbər verir ki, sərəncamla Şəki rayonunun əhalisi 116539 nəfər olan 15 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 1,26 milyon (bir milyon iki yüz altmış min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Şəki rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 fevral tarixli Sərəncamına Əlavə
| Sıra №-si | Yaşayış məntəqələri | Quyuların sayı | Əhalinin sayı |
| | Aydınbulaq kəndi | 1 | 1049 |
| | Baş Göynük kəndi | 1 | 8421 |
| | Baş Küngüt kəndi | 1 | 1550 |
| | Baş Zəyzid kəndi | 1 | 5428 |
| | Bideyiz kəndi | 2 | 1367 |
| | Birinci Biləcik kəndi | 1 | 1702 |
| | Böyük Dəhnə kəndi | 1 | 6144 |
| | Daşbulaq kəndi | 1 | 521 |
| | Daşüz kəndi | 2 | 1230 |
| 10. | İbrahimkənd kəndi | 1 | 789 |
| 11. | Kiçik Dəhnə kəndi | 1 | 7448 |
| 12. | Qoxmuq kəndi | 1 | 5558 |
| 13. | Oxud kəndi | 2 | 5466 |
| 14. | Şəki şəhəri | 1 | 67843 |
| 15. | Vərəzət kəndi | 1 | 2023 |
| Cəmi | 18 | 116539 | |