Modern.az

İcra başçısı bazarlardakı qiymətlərlə maraqlandı

İcra başçısı bazarlardakı qiymətlərlə maraqlandı

Aktual

2 Mart 2020, 12:10

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin vətəndaşlarla təsadüfi və planlaşdırılmamış görüşləri, onların problem və qayğıları ilə yaxından marağlanmağı mütamadi xarakter daşıyır. Bu görüşlərin tərkib hissəsi olaraq Alı Alıyev 29 fevral tarixində Bala Bəhmənli kəndində (Dörd yol adlanan ərazidə) olmuş, vətəndaşlarla görüşmüş, bazarlarda, topdan satış mərkəzlərində ərzaq məhsullarının qiymətləri ilə maraqlanmış, alıcı və satıcılarla söhbət etmişdir.

İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, Alı Alıyev vətəndaşları narahat edən məsələlərlə, onların problem və qayğıları ilə maraqlanıb.

           
İcra başçısı Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzalanan sərəncamlardan bəhs edib. Bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır.

Rayon sakinləri də öz növbəsində Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirərək, bazarlarda qiymətlərin münasib olduğunu, hər hansı bir süni qiymət artımının olmadığını bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı