Modern.az

Dünyada psixi xəstələrin sayı iki dəfə artıb: Şok araşdırma

Dünyada psixi xəstələrin sayı iki dəfə artıb: Şok araşdırma

Aktual

Bu gün, 10:32

Son 30 ildə dünyada psixi xəstəliklərdən əziyyət çəkən insanların sayı iki dəfə artıb.

Modern.az xəbər verir ki, dünyanın ən nüfuzlu tibb jurnallarından olan "The Lancet"də dərc olunmuş miqyaslı "Qlobal Xəstəlik Yükü" araşdırmasının nəticələrinə görə, psixi pozuntuların yayılma səviyyəsi görünməmiş həddə çatıb.

Qlobal göstəricilər 1990-cı illə müqayisədə 95.5% artaraq milyardlıq həddi keçib. Tədqiqatda təşviş pozuntusu, depressiya, distimiya, əsəb anoreksiyası, bulimiya, şizofreniya və davranış pozuntularında kəskin artım qeydə alınıb.

Bununla da psixi xəstəliklər qlobal xəstəlik yükü səbəbləri arasında 12-ci pillədən 5-ci pilləyə yüksəlib. Alimlərin qənaətinə görə, bu fəsadlar səbəbindən bəşəriyyət ümumilikdə milyonlarla illik sağlam həyat itkisi ilə üzləşib. Araşdırmalar göstərir ki, qadınlar kişilərə nisbətən bu xəstəliklərə daha çox meyllidir. Ən həssas yaş qrupu isə 15-19 yaş arası yeniyetmələrdir. Ekspertlər vurğulayırlar ki, səhiyyə resurslarının əlçatanlığından asılı olmayaraq, bu artım dünyanın bütün regionlarında müşahidə olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı