İranda koronavirus epidemiyasına görə futbol matçları təxirə salınıb.
Modern.az xəbər verir ki, əsas liqa da daxil olmaqla, aşağı liqalarda da matçların martın 20-dək təxirə salındığı barədə qərar verilib.
Qeyd edək ki, İran futbol çempionatlarında Güney Azərbaycanın futbol komandaları da mübarizə aparır.
Xatırladaq ki, İranda epidemiyadan ölənlərin sayı 77-yə çatıb.