Modern.az

ABŞ 8 Livan vətəndaşına sanksiya tətbiq edəcək

ABŞ 8 Livan vətəndaşına sanksiya tətbiq edəcək

Dünya

Bu gün, 05:24

ABŞ Hizbullahla əlaqəli bir qrup Livan siyasətçisinə və təhlükəsizlik məmuruna qarşı sanksiyalar tətbiq edəcək.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Departamentindəki mənbə "Əl-Cəzirə"yə bildirib.

"Məhdudiyyətlərin hədəfində olanlar Hizbullahın tərksilah edilməsi səylərinə mane olur və Livan dövlətinin ziyanına hərəkət edirlər" - deyə, məlumatda qeyd olunur.

Sanksiyalara 8 Livan vətəndaşı və 1İran diplomatı məruz qalacaq.

Onların arasında parlament üzvləri Həsən Fədlallah, İbrahim əl-Musəvi, Hüseyn Həcc Həsən və keçmiş nazir Məhəmməd Fneiş də var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı