Modern.az

 Təyyarə qəzaya uğradı, pilot öldü

 Təyyarə qəzaya uğradı, pilot öldü

Dünya

22 May 2026, 04:52

Litvada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub.

Modern.az xəbər verir ki, bu barədə "Delfi" agentliyi məlumat yayıb.

"Ukrayna istehsalı olan, uçuş aparatının 82 yaşlı sahibi Kazimeras Masilyonis tərəfindən idarə edilən iki yerli yüngül mühərrikli "Aeroprakt A-22" markalı təyyarə Radvilişkis rayonunun Rokonyay kəndi yaxınlığında yerə düşüb. Qəza zamanı pilot həlak olub", - məlumatda bildirilib.

Dəqiqləşdirilib ki, hava gəmisindəki qadın sərnişin xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Sərvətini aqrar biznesdə qazanmış Masilyonis Litvada tanınmış milyonçu idi.

İlkin versiyaya görə, təyyarə aviasiya həvəskarlarının istifadə etdiyi kiçik aerodromun eniş zolağı yaxınlığında yerə düşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır