AGBankın may aynın əvvəlindən keçirdiyi Uduşlu Kupon kampaniyasının növbəti qalibləri, Nuhzadə Könül, Nuriyev Ədalət, Zamanova Darya, Paşayeva Mehriban oldular. Bütün qaliblər 200 AZN-lik kupon əldə ediblər. Digər bankların müştəriləri olan qaliblər, AGBank – ın ATM – lərindən istifadə etmiş və qalib olublar.
AGBank –ın keçirdiyi və ölkədə bənzəri olmayan bu kampaniya çərçivəsində AGBank – ın bankomatlarına yalnız 500 və 200 manatlıq kuponlar yerləşdirilir. Ən əsası isə odur ki, bu kuponları yalnız AGBank – ın kart daşıyıcıları yox, Azərbaycanın və dünyanın istənilən bankının kartına malik istifadəçilər də qazana bilərlər. Məhz bu səbəbdən başqa bankların kart istifadəçiləri, pul çıxarmaq üçün AGBank –ın bankomatlarına üstünlük verirlər.