Modern.az

Yarım qalan kadrlar - Şəhid jurnalistlər

Yarım qalan kadrlar - Şəhid jurnalistlər

Aktual

4 İyun 2021, 19:32

Əsrlər boyu gerçəklərin üzə çıxmasından, haqsız və zülmkar tərəfin özləri olmasının anlaşılmasından qorxan ermənilərin hədəfi yenə də əliyalın insanlar oldu.

 

Tək istəyi həqiqətləri dünyaya, xalqa çatdırmaq olan jurnalistlər ömürlərinin cavan çağında həyata gözlərini yumdu. Mikrofonlar, kameralar qana bulandı. Azərbaycanın Qarabağında şəhid zirvəsinə yüksələn yeddi jurnalistin adının yanına bu gün ikisi də yazıldı. Daha iki evin ocağı əbədi söndü, işıqlı sabahlar qaranlığa qərq oldu.Ermənistan isə bir daha gücünün təkcə müharibə iştirakçısı olmayanlara çatdığını göstərdi. 

 

Bu gün Sirac və Məhərrəm yanımızdan ayrıldı. Lakin hələ də, içimizdə neçə-neçə Çingizlər, Salatınlar, Osmanlar, Ariflər yaşayır. Haqqın səsi boğula bilməz! Türk milləti tökülən qanı yerdə qoymaz!

 

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı