Modern.az

Beynəlxalq jurnalist təşkilatı şəhid jurnalistlərlə bağlı toplanır

Beynəlxalq jurnalist təşkilatı şəhid jurnalistlərlə bağlı toplanır

Aktual

8 İyun 2021, 13:40

Bu gün Bakı vaxtilə saat 17:00-da Global Journalism Council (GJC) - Beynəlxalq Mətbuat Şurası “Jurnalist öldürülərsə, insanlıq öldürülər” mövzusunda ZOOM proqramı üzərindən onlayn konfrans keçirəcək.


Global Journalism Council (GJC) təşkilatının sədr müavini Elşad Eyvazlı bu haqda Modern.az-a məlumat verib.


Konfransda 20-dən çox ölkənin jurnalistləri iştirak edəcək. Tədbir zamanı XXI əsrdə qətlə yetirilən jurnalistlər, xüsusən 2021-ci il iyun ayının 4-ü Kəlbəcər rayonunun Susuzluq kəndində Ermənistanın minaladığı ərazidə həyatını itirən şəhid jurnalistlər haqqında müzakirələr aparılacaq.


Toplantının sonunda bəyanat qəbul ediləcək. Eyni zamanda, iyunun 4-ü minaya düşən şəhid jurnalistlərin adının ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Jurnalistika və Xəbər Muzeyinə salınması üçün müraciət olunacaq.

 

Mehri Qurban

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı