Modern.az

ABŞ Dövlət Departamentinin rəsmisi Bakıya gəldi

ABŞ Dövlət Departamentinin rəsmisi Bakıya gəldi

Aktual

8 İyun 2021, 14:52

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Azərbaycana gəlib.

 

Bu barədə Modern.az-a ABŞ-ın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

İkigünlük səfər çərçivəsində F.Riker Bakıda bir sıra rəsmi şəxslərlə görüşəcək.

 

Görüşlər zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək.

 

Qeyd edək ki, F.Riker Bakıdan əvvəl Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olub, ölkə rəhbərliyi ilə danışıqlar aparıb. O, Bakıdan Ermənistanın paytaxtı Yerevana gedəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı