Modern.az

Yoxsul tələbələrin nəzərinə - iki gün qaldı

Yoxsul tələbələrin nəzərinə - iki gün qaldı

Aktual

9 İyun 2021, 16:06

E-telebe elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu davam edir.

 

Təhsil Nazirliyindən Modern.az-ın verilən məlumata görə, müraciətlərin qəbulu iyun ayının 11-dək aktiv olacaq.

 

Sözügedən qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etmələri nazirlik tərəfindən xahiş olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı