Modern.az

Qurban Qurbanov: “Ciddi rəqiblərin yer aldığı qrupa düşmüşük”

Qurban Qurbanov: “Ciddi rəqiblərin yer aldığı qrupa düşmüşük”

Aktual

27 Avqust 2021, 16:55

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

 

Modern.az-ın məlumatına görə, baş məşqçi bildirib ki, yer aldıqları qrupdakı rəqiblərin hər biri ciddi rəqibdir.

 

"İki komanda - "Kayrat" və "Omoniya" öz ölkələrinin çempionlarıdır. Kipr komandaları bizə qarşı həmişə çox ciddi olublar. Onlarla maraqlı oyunlarımız keçib. Uğursuzluqlarımız da olub. Buna görə də hər oyuna ciddi yanaşmalıyıq. "Bazel"in isə xüsusi təqdimata ehtiyacı yoxdur. Ümumiyyətlə, rəqiblər barədə indidən fikir bildirmək düzgün deyil. Qarşıdakı günlərdə bu komandaları daha yaxından tanıyacağıq. Bundan sonra ətraflı danışmaq olar. Tək bunu deyə bilərəm ki, hər bir komandaya qarşı ciddi hazırlaşacağıq. Həqiqətən də çox ciddi rəqiblərin yer aldığı qrupa düşmüşük", - deyə Q.Qurbanov qeyd edib.

 

Xatırladaq ki, "Qarabağ" H qrupunda "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya" (Kipr) klubları ilə mübarizə aparacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı