Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk gündən etibarən Ermənistanın təcavüzü ilə üzləşib.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O qeyd edib ki, təcavüz nəticəsində azərbaycanlıların hərbi əsir və girov götürülməsi təcrübəsindən geniş şəkildə istifadə olunub.