Modern.az

“İtkin düşənlərin ailələri yaxınları barədə xəbər gözləyir” - BQXK

“İtkin düşənlərin ailələri yaxınları barədə xəbər gözləyir” - BQXK

Aktual

30 Avqust 2021, 11:18

İkinci Qarabağ müharibəsi əsir, itkin, girov düşmüş şəxslərə diqqəti bir daha artırdı və itkin düşmüş şəxslərin ailələri öz yaxınları barədə xəbərlər gözləyirlər.

 

Modern.az-ın məlumatına görə, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəsi Ariane Bauer deyib.

 

O bildirib ki, Qızıl Xaç Komitəsi də əsirlər barəsində məlumatları dəqiqləşdirmək və onların ailələrinə məlumatları çatdırmaq üçün əlindən gələni edir:

 

“Biz yenə də dövlətlərə dəstəyimizi göstərəcəyik ki, o ailələrə məlumatları çatdıraq. Bundan sonra da əsir və itkin düşmüş şəxslərlə bağlı məlumatların dəqiqləşdirilməsi üçün dövlətlərə dəstək göstərəcəyik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı