Modern.az

Sərnişindaşımanın vahid mərkəzdən idarə olunması ilə bağlı TƏQDİMAT

Sərnişindaşımanın vahid mərkəzdən idarə olunması ilə bağlı TƏQDİMAT

Aktual

30 Avqust 2021, 12:17

Nəqliyyat Könüllüləri üçün “TED Talks” formatında “Sərnişindaşımanın vahid mərkəzdən idarəedilməsi” mövzusunda təqdimat keçirilib.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, təqdimatı Mərkəzləşdirilmiş vahid dispetçer şöbəsinin müdiri Vüqar Məmmədzadə keçirib.

 

Tədbirdə sərnişindaşıma fəaliyyətinin təşkili, Bakının marşrut xətti şəbəkəsi, dispetçer xidmətinin təşkili, müntəzəm sərnişindaşımada nağdsız ödəniş sisteminə keçid, avtobusların operativ və dəqiq idarəedilməsi barədə könüllülərə məlumatlar verilib. Sual-cavab formatında könüllüləri maraqlandıran mövzular müzakirə olunub.

 

Könüllülərimizin bilik və bacarıqlarının artırılması üçün təcrübə müddətində davamlı olaraq mütəxəsislərimiz tərəfindən maraqlı təlimlər və təqdimatlar keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı