Modern.az

İranda daha 669 nəfər COVİD-19-dan öldü

İranda daha 669 nəfər COVİD-19-dan öldü

Aktual

30 Avqust 2021, 13:55

İranda ötən sutka ərzində 669 nəfər koronavirusdan (COVID-19) dünyasını dəyişib, 33 780 yeni yoluxma qeydə alınıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

 

Bununla da İranda virusdan ölənlərin sayı 107 151 nəfərə, yoluxanların sayı isə 4 960 744 nəfərə çatıb.

 

Virus daşıyıcılarından 7 886 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Qonşu ölkədə indiyədək 4 175 405 nəfər koronavirusdan sağalıb, 28,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

 

Ümumilikdə isə İranda təxminən 26,9 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 18,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 8,38 milyon təşkil edir. Koronavirusa yoluxma üzrə 306 rayon qırmızı, 110 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı