Modern.az

Xəzərdə dalğanın hündürlüyü 3.6 metrə çatıb - FAKTİKİ HAVA

Xəzərdə dalğanın hündürlüyü 3.6 metrə çatıb - FAKTİKİ HAVA

Güncel

3 Sentyabr 2021, 10:48

Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

 

ETSN-dən Modern.az-a bildirilib ki, sentyabrın 3-ü saat 09:00 -a olan məlumata əsasən, ölkə ərazisındə hava şəraiti əsasən yağmursuz keçib, Qusarda isə 0.3 mm yağış yağıb, bəzi rayonlarda şimal-qərb küləyi güclənib.

 

Küləyin maksimal sürəti Tovuzda 30 m/s, Tərtər, Naftalan, Gəncədə 28 m/s, Bərdədə 26 m/s, Zərdab, Ağdam, Mingəçevirdə 24 m/s, Şərur, Ağstafada 20 m/s, Xaçmaz, Ceyrançöldə 18 m/s, Kəlvəz, Yevlax, Xınalıqda 16 m/s, Şəmkirdə 15 m/s təşkil edib.

 

Külək Bakıda arabir 23 m/s, Neft Daşlarında 24 m/s, Pirallahı, Qum adası, Çilov adasında 20 m/s, Maştağada 19 m/s, Sumqayıt, Binə 18 m/s -dək güclənib.

 

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.6 metrə çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı