Rusiyada 18 yaşına çatmış şagirdlər koronavirus infeksiyasına qarşı məcburi peyvənd edilməyəcək.
Modern.az-ın məlumatına görə, bu barədə Rusiya Təhsil nazirinin birinci müavini Aleksandr Buqayev bildirib.
Nazir müavini deyib ki, heç kim uşaqları peyvəndə məcbur etməyəcək:
"Heç kim uşaqları bir şey etməyə məcbur etməyəcək, bunu məsuliyyətlə sizə bildiririk. Və təbii ki, bu məsələ hətta gündəmdə deyil".
O əlavə edib ki, peyvənd olunmayanların dərsə buraxılmamasından söhbət getmir.