Modern.az

FHN məlumat yaydı - 3 rayonda yanğın olub

FHN məlumat yaydı - 3 rayonda yanğın olub

Aktual

4 Sentyabr 2021, 09:12

İmişli rayonunun Məmmədli kəndində fermanın ərazisində yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, ümumi sahəsi 24 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Ağcabədi rayonunda da ferma yanıb. Yanğın Hüsülü kəndində baş verib.

 

Ağdam rayonunun Çəmənli kəndində isə ümumi sahəsi 60 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı