Modern.az

“Alov qüllələri”nin qarşısında partlayış - Xəsarət alanlar var

“Alov qüllələri”nin qarşısında partlayış - Xəsarət alanlar var

Aktual

30 Dekabr 2021, 11:15

Bakıda qaz sızmasından partlayış olub.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə Səbail rayonunda, “Alov qüllələri” hotelinin qarşısında qeydə alınıb.

 

Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.

 

Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı