Modern.az

“Azəriqaz”dan partlayışla bağlı AÇIQLAMA

“Azəriqaz”dan partlayışla bağlı AÇIQLAMA

Aktual

30 Dekabr 2021, 12:18

"Azəriqaz" İstehsalat Birliyi Bakının Yasamal rayonunda "Alov Qüllələri"nin qarşısındakı partlayışa münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev Modern.az-a açıqlamasında bildirib ki, partlayış məşəldə baş verib:

“Bakı şəhər İcra Hakimiyyətinin məşələ nəzarət edən əməkdaşları orada təmir işləri apararkən ehtiyatsızlıqdan baş verən sızma nəticəsində partlayış olub.

Nəticədə icra hakimiyyətinin iki nəfər işçisi xəsarət alıb”.

E.Vəliyev bildirib ki, hadisə sayğacdan sonrakı xətdə baş verib: "Sayğacdan sonrakı xəttə isə "Azəriqaz" ASC nəzarət etmir. Yəni hadisə məşələ qədər olan hissədə deyil, məşəlin içindəki xətdə olub".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı