Modern.az

Qazaxıstanda 4 minə yaxın nümayişçi SAXLANILIB

Qazaxıstanda 4 minə yaxın nümayişçi SAXLANILIB

Aktual

7 Yanvar 2022, 15:10

Qazaxıstanın hüquq-mühafizə orqanları ölkənin bir sıra regionlarında baş vermiş aksiyalar zamanı 3811-dən çox nümayişçini saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən ictimai asayişin pozulması hallarının qarşısının alınması və pozucuların saxlanılması istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilib.

 

Bildirilib ki, dövlət məmurlarına qarşı zorakılıq, xuliqanlıq, dövlət binalarına basqınlarla bağlı 13 fakt üzrə ibtidai istintaqa başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı