Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31844 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3059, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3976, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24809 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11439291, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5178595, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4688646, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1572050 təşkil edir.
