Modern.az

Bu xəstəxanalarda orqan köçürülməsi həyata keçirilir - SİYAHI

Bu xəstəxanalarda orqan köçürülməsi həyata keçirilir - SİYAHI

Aktual

7 Yanvar 2022, 17:30

Azərbaycanda donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı məlum olub.

 

Modern.az Report-a istinadən məlumat verir ki, hazırda ölkədə 14 tibb müəssisəsinə bununla bağlı icazə verilib.

 

Həmin xəstəxanaların siyahısını təqdim edirik:

 

1. Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası - böyrəklər;

 

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı - qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası;

 

3. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Hərbi Hospitalı - qaraciyər, böyrəklər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi;

 

4. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi - gözün buynuz qişası;

 

5. Mərkəzi Neftçilər Xəstəxanası - qaraciyər, böyrəklər, mədəaltı vəzi və onun seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası;

 

6. “Mərkəzi Klinika” MMC - böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi;

 

7. Respublika Müalicəvi Diaqnostika Mərkəzi - ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi;

 

8. Milli Hematologiya və Transfuziologiya Mərkəzi - sümük iliyi;

 

9. Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası - qaraciyər, böyrəklər;

 

10. “Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMC - böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi;

 

11. “Dünya Göz Azərbaycan” MMC - gözün buynuz qişası;

 

12. Bakı Sağlamlıq Mərkəzi - qaraciyər, ağciyər, böyrəklər;

 

13. Baku Medical Plaza - ağciyər;

 

14. Bona Dea Beynəlxalq Xəstəxanası - ürək, böyrəklər, qaraciyər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası.

 

Qeyd edək ki, bu ilin yanvar ayının 1-dən ölkədə "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qüvvəyə minib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı