Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində sakinlər ictimai asayişin qorunmasında polisə kömək etmək üçün xalq dəstələri yaradır.
Modern.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, hazırda bu cür dəstələrin tərkibində 500-ə yaxın sakin toplanıb.
Xalq dəstələrində idmançılar, həkimlər, sahibkarlar, müəllimlər və digər könüllülər yer alır.