Modern.az

Keçmiş məhkum qətlə yetirildi

Keçmiş məhkum qətlə yetirildi

Aktual

8 Yanvar 2022, 10:55

Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə yanvarın 7-də saat 17 radələrində Binə qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Cəbrayılovun öldürülməsi barədə məlumat daxil olub.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.


Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Z.Kazımovun münaqişə zəminində Z.Cəbrayılovu bıçaqla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı