Modern.az

Güclü qar iyirmidən çox insanın həyatına son qoydu

Güclü qar iyirmidən çox insanın həyatına son qoydu

Aktual

8 Yanvar 2022, 17:14

Pakistanın Pəncab əyalətində güclü qar yağması nəticəsində iyirmidən çox insan həlak olub.

 

Modern.az BBC teleradio korporasiyasına istinadla xəbər verir ki, əyalətin Murri şəhəri yaxınlığında təxminən minədək avtomobil qar altında qalıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hələlik avtomobillərdə qalan 21 nəfərin öldüyü təsdiqlənib. Həlak olanların sayının artacağı istisna edilmir.

 

Rayon təbii fəlakət zonası elan olunub.

 

Son günlər qeyri-adi təbiət hadisəsini müşahidə etmək üçün Murri şəhəri rayonuna 100 mindən çox avtomobillə turistlərin gəldiyi bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı