Modern.az

3 ömürlük məhkumun cəzası dəyişdirilib

3 ömürlük məhkumun cəzası dəyişdirilib

Aktual

21 Yanvar 2022, 20:02

2021-ci il 18 mart tarixli, 625 məhkuma şamil olunan Əfv Sərəncamı vaxtında və qüsursuz icra edilib.

 

Modern.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov PX-nin Baş idarəsində 2021-ci ildəki fəaliyyətin yekunlarına dair videokonfrans formatında əməliyyat müşavirəsi zamanı deyib.

 

O bidlrib ki, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 425 nəfər cəzanın çəkilməmiş hissəsindən azad olunub, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı