Modern.az

Bakıda amnistiyaya düşənlərin sayı AÇIQLANDI

Bakıda amnistiyaya düşənlərin sayı AÇIQLANDI

Aktual

22 Yanvar 2022, 13:12

Bakıda Amnistiya Aktının tətbiq edildiyi şəxslərin sayı açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat müşavirəsində bildirilib ki, paytaxt üzrə hazırkı dövrədək ümumilikdə 246 nəfər barəsində amnistiya tətbiq edilib.

 

Qeyd olunub ki, 18 nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 228 nəfərə isə daxili işlər orqanları tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə amnistiya tətbiq edilməklə şəxslər cinayət məsuliyyətindən azad ediliblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı