Modern.az

Millimizin üzvləri Niderlandda karantinə alındı

Millimizin üzvləri Niderlandda karantinə alındı

Aktual

22 Yanvar 2022, 13:26

Azərbaycan millisinin futzalçıları Qallo və Rövşən Hüseynli Gürcüstana qarşı Avropa çempionatının ilk oyununda iştirak etməyəcəklər.

 

Federasiyanın Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, hər iki oyunçudan götürülmüş PCR testi pozitiv çıxıb.

 

Onlar Niderlandda qaldıqları oteldə karantinə alınıblar. Karantin yanvarın 27-də başa çatacaq.

 

Qeyd edək ki, qaydalara uyğun olaraq, bu gün rəsmi oyun üçün digər futzalçılardan yenidən COVID-19 anticism analizləri götürülüb və bütün nəticələr neqativ olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı