Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində leysan yağışları faciəyə səbəb olub.
Modern.az xəbər verir ki, təbii fəlakət nəticəsində azı 7 nəfər ölüb, 16 nəfər yaralanıb.
Güclü yağışın səbəb olduğu torpaq sürüşməsi nəticəsində ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir. Bundan əlavə, azı 19 ev və binaya ziyan dəyib.
Hazırda xilasetmə əməliyyatları davam edir.