Modern.az

Paşinyan Facebook-da canlı yayıma çıxacaq

Paşinyan Facebook-da canlı yayıma çıxacaq

Aktual

24 Yanvar 2022, 08:50

Ermənistanın baş naziri Nikol Paşinyan yenə özünün Facebook səhifəsində canlı yayım açaraq, media və ictimai təşkilatların suallarını cavablandıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə baş nazir özünün Facebook səhifəsində yazıb.

 

Paşinyan bu gün yerli vaxtla 20:00-da canlı yayıma çıxacaq.

Baş nazir 2 saat müddətində suallara cavab verəcək.

Baş nazirin Aparatı bildirib ki, Paşinyana ünvanlanan suallar jurnalistin adı və soyadı göstərilməklə KİV-in rəsmi formatı ilə göndərilməlidir.

 

“Başqa şəkildə ünvanlanan suallar qəbul edilməyəcək. Nəzərə alın ki, hər media orqanına yalnız bir sual verilməlidir”, - deyə məlumatda bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı