Modern.az

Qanunsuz ov edən şəxs saxlanıldı

Qanunsuz ov edən şəxs saxlanıldı

Aktual

24 Yanvar 2022, 09:04

Sabirabadda qanunsuz ov edən şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Qaralar kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Əsədli kənd sakini E.Soltanov saxlanılıb.

 

Ondan qanunsuz olaraq ovladığı iki ədəd ov quşu aşkarlanaraq götürülüb.

 

Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı