Modern.az

Sabirabadın bu ərazisinə gedən yol bağlanacaq

Sabirabadın bu ərazisinə gedən yol bağlanacaq

Current

4 Fevral 2022, 17:14

Sabirabad rayonu, Surra-Padar avtomobil yolunun 1-ci km-də yerləşən avtomobil körpüsündə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq 8 fevral tarixindən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

Bu barədə Modern.az-a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

 

Məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq. Bu müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinin təmin olunması məqsədi ilə müvəqqəti alternativ keçid yol salınıb.

 

Qurum yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı