Modern.az

Rusiya ordusunda döyüşən 3 başqırd Ukraynada ölüb - Rəsmi

Rusiya ordusunda döyüşən 3 başqırd Ukraynada ölüb - Rəsmi

Current

5 Mart 2022, 15:24

Başqırdıstan rəhbəri Radiy Xabirov Ukraynada aparılan müharibədə 3 hərbçinin öldüyünü bildirib.

Modern.az xəbər verir ki, o, itkiləri 8 Martla bağlı təntənəli tədbirdə çıxışı zamanı açıqlayıb.

Xabirov qeyd edib ki, analar üçün oğullarının Rusiya ordusunun sıralarında olmasını və həyatlarını riskə ata bilməsini qəbul etmək çətindir.

“Bu gün deməliyəm ki, respublikamızdan itkilər var. Hərbi borcunu yerinə yetirən üç oğlumuzu  itirdik”.

Bundan əvvəl, martın 5-də Krasnoyarsk diyarının qubernatoru Aleksandr Uss rusiyalı mayor Sergey Kaşanskinin Ukraynada öldüyünü açıqlamışdı. Rus hərbçinin 32 yaşı var idi - o, müqavilə əsasında Novosibirskdə xidmət edirdi.

Çərşənbə günü, martın 2-də Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Ukraynadakı əməliyyatlar zamanı rus hərbçilərinin itkisi barədə məlumat yayıb. Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkovun sözlərinə görə, fevralın 24-dən bu yana ölənlərin sayı 498 nəfər təşkil edib, 1500-dən çox hərbçi yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı