Modern.az

Üç ölkənin liderləri Ukraynaya görə bir araya gəlir

Üç ölkənin liderləri Ukraynaya görə bir araya gəlir

Current

7 Mart 2022, 17:02

Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün Londonda kanadalı və niderlanlı həmkarı ilə danışıqlar aparacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Nazirliyin ofisi məlumat yayıb.

 

Bildirilib ki, Boris Conson "Downing Street"də Kanadanın Baş naziri Castin Trüdo və Niderlanın Baş naziri Mark Rutte ilə görüşəcək.

 

Liderlər birgə mətbuat konfransından əvvəl Böyük Britaniya Silahlı Qüvvələrinin üzvləri ilə görüşmək üçün Kral Hərbi Hava Qüvvələri bazasına baş çəkəcəklər.

 

Üç Baş nazir ayrıca ikitərəfli görüşlər və birgə üçtərəfli görüş üçün bir araya gələcək.

 

Görüşlərdə Boris Conson Rusiyanın Ukraynaya hücumu qarşısında Ukraynaya beynəlxalq arenada dəstək olmaq məqsədli müzakirələr aparacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı